Sizin şirkətiniz – canlı bir orqanizmdir. Şirkətlər də hər bir canlı kimi yaranır, böyüyür ya da xəstələnir, tələf olur. Xəstəliyi düzgün müalicə etmək üçün ətraflı analiz edib, dəqiq diaqnoz qoymaq gərəkdir. Əks təqdirdə xəstəlik irəlləyir və canlının məhv edir. Canlılar kimi şirkətin də orqanları (şöbələri və kadrları) var və bu orqanlar düzgün fəaliyyət göstərmədikdə xəstəliklər yaranır. Biznesdə də proseslərin səmərəsiz olması, xərclərin çoxalması, mənimsəmə hallarının aşkarlanması, dövriyyənin aşağı düşməsi, kadrların peşəkarlığının və nizam-intizamın aşağı olması, daimi kadr dəyişikliyi şirkətinizdə ciddi problemlərin olmasına işarədir və şirkəti iflasa aparan səbəbdir. Bu problemləri müəyyən edib qarşısını almaq üçün şirkətdə müxtəlif şöbələr yaratmaq və kadrlar cəlb etmək gərəkdir. Lakin bu maliyyə və vaxt baxımından hər zaman şirkətə sərfəli olmur. Bu halda nə etməli? Biznesi nöqsanlarla idarə edib iflas uğramalı, yoxsa zərərlə də olsa gərəkli şöbələri yaratmalı? Heç biri!
“BUSINESS CLINIC” biznes strukturlarına şirkətdə çatışmayan şöbələri yaratmadan, daimi ödənişli kadrlar cəlb etmədən, tələb olunan funksiyaları pəşəkar və münasib şəkildə icrasını təklif edir. Bunun üçün öncə şirkətinizin bütün sahələri dərin analiz olunur, analizlərin nəticəsi əsasında diaqnoz qoyulur və problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanır. Diaqnoz və tədbirlər planı hesabat şəklində şirkət sahibinə təqdim olunur. Biznesin və problemlərin miqyasına uyğun olaraq 3-6 ay müddətində şirkətdə qrafik üzrə tədbirlər planı həyata keçirilir, nəticələr şirkət sahibinə təhvil verilir. Şirkət şəffaf, optimal, sistemli çalışmağa başlayır ki bu da xərclərin azalmasına, mənfəətin, müştəri və işçilərin məmnuniyyətinin artmasına zəmin yaradır.
“BUSINESS CLINIC”-in nüfuz etdiyi sahələr və şirkətinizin istifadəsinə verdiyi şöbələri XİDƏMƏTLƏR bölməsində tanış ola bilərsiniz.
Ən sərfəli yatırımı edərək biznesinizi sağlamlaşdırın və gəlirlərinizi artırın! Şirkətin ilkin analizi ödənişsiz həyata keçirilir. Real nəticələrə və məxfiliyə zəmanət verilir.